Amerika Birləşmiş Ştatların (ABŞ) dövlət katibi Reks Tillersonun Livan səfərində gözlənilməz hadisə yaşanıb.
Baki-xeber.com xəbər verir ki, İranın dəstək verdiyi “Hizbullah”ın siyasi müttəfiqi olan Livan prezidenti Mişel Avnla görüş üçün dövlət sarayına gələn Tillersonu livanlı həmkarı qarşılamayıb və ABŞ diplomatı uzun müddət prezidentin salona daxil olmasını gözləyib.
Məlumata görə, saraya girişi zamanı da qarşılanmayan Tillersonın uzun müddət Mişel Avnı təkbaşına gözlədiyi kadrlar televiziya kanalları vasitəsilə canlı yayımlanıb.
Amerikalı diqlomat dəqiqələrlə tək başına gözlədikdən sonra nəhayət Livan xarici işlər naziri Kibran Bassil həmkarının gözlədiyi otaqa daxil olub, bir az sonra isə prezident Avnın gəlməsi ilə danışıqlara başlanıb. Livan prezidentinin mətbuat sözcüsü Rafiq Çlela mövzu ilə əlaqəli açıqlamasında: “Diplomatik protokol pozuntusu olmamışdır. Amerikalı nazir gözlənən vaxtan bir neçə dəqiqə tez gəldi. Danışıqlar vaxtında başladı. O girişdə də protokol müdiri tərəfindən qarşılanıb” – deyə bildirib.