ABŞ-ın Florida ştatında məktəbdə dəhşətli olay yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, məktəbdən xaric edilən şagird təhsil ocağına silahlı hücum edib. Nəticədə 17 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanaraq xəstəxanaya qaldırılıb. Bu barədə BBC polisə istinadən xəbər verib.
Xəbərə görə, intizamsızlığıa görə məktəbdən xaric edilən 19 yaşlı Nikolas Kruz təhsil öcağından intiqam almaq məqsədilə öncə yanğın təhlükəsi həyəcanı qaldıraraq qarışıqlıq yaradıb, ardınca isə AR-15 tüfəngi ilə binadan çıxanlara atəş açmağa başlayıb. Eks-şagirdin artıq həbs olunduğu bildirilir.