İsrail Knesseti (parlamenti) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin “Jerusalem post” qəzeti məlumat yayıb.
"Knesset “Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib”, məlumatda deyilir. Lapid deyib ki, parlamentin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımamasına heç bir səbəb yoxdur
Ancaq İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli “soyqırım”a həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə İrəvana parlament nümayəndə heyəti göndərildiyini xatırladıb: “Ancaq, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq”.