ABŞ Ermənistan rəhbərliyinə Rusiyanın hərbi-sənaye komplekslərinə qarşı sanksiyaların bu ölkəyə mümkün təsirilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə, xəbərdarlıq “Aykakan jamanak” qəzetinin sorğusuna cavab olaraq ABŞ-ın Ermənistandakı səfirliyindən gəlib. Səfirlikdən verilən açıqlamada bildirilib ki, sanksiyalar siyahısına düşən Rusiya dövlət və özəl təşkilatları ilə bağlı mümkün tədbirlər həyata keçiriləcəyi təqdirdə bundan təsirlənə biləcək digər ölkələrə xəbərdarlıq olunub. “Lakin biz sanksiyaları öncədən müzakirə etmirik, onlar baş verdiyi zaman bu barədə danışırıq”- deyə açıqlamada bildirilir.