Tramp administrasiyası 2019-cu ilin maliyyə büdcəsində Israilin raketdən müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə 500 milyon dollar ayrılması ilə bağlı Konqresə müraciət ünvanlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xüsusi brifinqdə jurnalistlərə Pentaqonun əməliyyat direktoru Harri Pennet deyib. Bildirib ki, “Birləşmiş Ştatların İsrail qarşısındakı öhdəlikləri üzrə” İsrailin “Dəmir gümbəz”, “Ox”, “Yüksək eşelon” kimi PRO sistemləri alması üçün 500 milyon dollar ayrılması təklif olunub.