Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, ABŞ dövlət katibi Reks Tillersonun Ankaraya səfəri öncəsi Vaşinqtona sərt mesajlar verib. Çavuşoğlu bildirib ki, Trkiyə ABŞ-dan söz və vədlər deyil, konkret addımlar gözləyir.
"İraq sərhədinə yaxın bölgələrdə İŞİD-lilər var. YPG ilə əməkdaşlığı davam etdirmək üçün bir bəhanə olaraq, buralardakı İŞİD-lilərə toxunmurlar. Afrindəki YPG-li terrorçular əsir aldıqları İŞİD-çiləri buraxdılar və Türkiyə ilə Azad Suriya Ordusuna qarşı birlikdə mübarizə aparırlar.
Suriyalı torpaqları bu terrorçulardan təmizləyəcəyik
ABŞ-dan gözləntilərimiz aydındır. Artıq boş vədlər istəmirik, konkret addımlar tələb edirik. Bəlli məsələləri müzakirə etmək üçün əvvəlcə itirilən etimadı bərpa etmək lazımdır. Türkiyə heç bir dostuna qarşı yanlış addım atmaq. Ancaq ABŞ-dan çox ciddi səhvlər gördük. ABŞ bizə verdiyi sözlərə əməl etmədi. Xalqımızın da rəhbərliyində ABŞ-a etimadın itməsi təbiidir. Artıq söz və vədlər deyil, konkret addımlar istəyirik. Tillersondan da bunu istəyəcəyik. Münasibətlərimiz çox kritik bir nöqtədədir. Ya münasibətlərimizi düzəldəcəyik, ya da bu əlaqələr tamamilə pozulacaq" – deyə Çavuşoğlu bildirib.