Moskva vilayətində təyyarə qəzaya uğrayıb.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, fevralın 11-i Moskva vilayətində Saratov hava yollarına məxsus An-148 sərnişin təyyarəsi qəzaya uğrayıb. Moskvadan Orska uçan təyyarədə 65 sərnişin, 6 ekipaj üzvü olub. Onlardan sağ qalanın olmadığı xəbər verilir. Ekstremal xidmətlərdən bildirildiyinə görə, təyyarə Domodedovo hava limanından qalxdıqdan sonra radarlardan itib. Moskvanın regionlararası nəqliyyat prokurorluğu və Cənub nəqliyyat prokurorluğu hadisə ilə bağlı təhqiqat aparır. İlkin versiya kimi təyyarənin poçt vertolyotu ilə toqquşduğu ehtimal edilir.