İran prezidenti Həsən Ruhani ilə Özbəkistanın xarici işlər naziri Abduləziz Kamilov arasında görüş olub.
Baki-xeber.com-un xəbərinə görə, görüş özbəkistan XİN rəhbərinin İrana səfəri çərçivəsində baş tutub. Xəbərə görə, İran prezidenti Özbəkistan tərəfinin Əfqanıstanla bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Xatırladaq ki, Özbəkistan XİN rəhbəri Əfqanıstanda sülh və təhlükəsizliklə bağlı konfrans çağırılması təklifini yanvarın 19-da BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Onun sözlərinə görə, həmin konfransa Rusiya, Çin, Cənubi Koreya, Hindistan, ABŞ, İran, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Mərkəzi Asiya ölkələrinin liderləri, həmçinin BMT Baş katibi dəvət olunacaq.