Afrində Türkiyəyə məxsus hərbi vertolyot vurulub. Baki-xeber.com xəbər verir ki, hadisə "Zeytun budağı" əməliyyatı çərçivəsində baş verib.
Hərbi helikopterin vurulması nəticəsində iki hərbçi həlak olub.
Prezident Rəcəb Tayyib Ərdoğan da vertolyotun vuranların bunun əvəzini ağır ödəyəcəklərini deyib: "Bütün bunlar olacaq. İtirdiklərimiz də olacaq. Biz müharibənin içindəyik. Əvəzini ağır ödəyəcəklər. Dünən çox sayda raket anbarlarını məhv etmişik. Təbii ki, bu onları dəli edib. Bizim bir vertolyotumuz gedib, ancaq onlar bunun əvəzini qatbaqat ödəyiblər".