Türkiyə Astan razılaşması çərçivəsində Suriyanın İdlib bölgəsində gərginlik azaldılması zonası yaratmaq üçün Silahlı Qüvvələrini bölgəyə göndərməyə başlayıb.
Baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Türkiyə-Suriya sərhədini keçən türk hərbi konvoyu İdlib-Afrin xəttində cənuba doğru irəliləməyə başlayıb.
Türkiyə hərbi qüvvələri İdlib gərginlik azaldılması zonasının cənub-şərqindəki Ebu Zuhur rayonunun Tel Tukan qəsəbəsində yerləşdirilib.
Türkiyə ordusunun yerləşdiyi nöqtədən təxminən 6 kilometr aralıda isə, Bəşər Əsəd rejiminə bağlı silahlılar və İran dəstəkli qruplar dayanır.
Hərbi mənbələrdən əldə edilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin bölgəyə yeridilməsində məqsəd Astan razılaşması çərçivəsində altıncı təhlükəsizlik zonasının yaradılmasıdır.
Hazırda türk ordusunun yerləşdiyi bölgə Türkiyə-Suriya sərhədindən təxminən 50 kilometr aralıdadır.