Almaniyadakı Xristian Birliyi ilə Sosial Demokratlar arasındakı koalisiya danışıqlarının müsbət nəticələndi, ancaq Sosial Demokrat Partiyasında Xarici İşlər Nazirliyi ilə bağlı böhran davam edir. Baki-xeber.com xəbər verir ki, bundan əvvəl yeni hökumətdə xarici işlər naziri olacağını bildirən Martin Şults bu postdan imtina edib.
O öz qərarını partiyada “kadr debatlarını” sona çatdırılmasının vacibliyi və ilə izah edib. Şults deyib ki, partiya daxilindəki gərginlik koalisiya razılaşmasını risqə atır.
“Mən federal hökumətə daxil olmaqdan imtina edirəm və ümid edirəm ki, SDP-də şəxsi, kadr debatları sona çatacaq. Biz hamımız siyasəti bu ölkədəki insanlara görə aparırıq. Mənim şəxsi ambisiyalarım partiyanın maraqları ilə ziddiyyət təşkil etməməlidir”, - Şults deyib.
Qeyd edək ki, Şults xarici işlər naziri olacağını açıqladıqdan sonra, hazırkı xarici işlər naziri Siqmar Qabriel buna sərt reaksiya verərək, partiyasının ona vəd etdiyi sözlərə əməl etmədiyini deyib.
"Biz bir-birimizə qarşı münasibətimizin hörmətsiz və verilmiş sözlərin əhəmiyyətsiz olmasına görə təəssüflənirəm" – deyən Qabriel ancaq ona hansı vədlərin verildiyini açıqlamayıb.
Qabriel balaca qızının "Narahat olma ata. Bizimlə bundan sonra daha çox vaxt keçirə biləcəksən. Bu, o, üzü tüklü adamla vaxt keçirməkdən daha yaxşıdır” sözləri ilə ona təsəlli verdiyini deyib.
Qabriel yanvar ayında partiya rəhbərliyi və baş nazirlik iddiasından Şultsun leyhinə geri çəkilib və xarici işlər naziri olub.
Almaniyada yeni hökumətin apreldə formalaşacağı gözlənilir.