Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb. Trend-in məlumatına görə, raket Krallığın cənubundakı Nəcran qəsəbəsinə düşüb.
Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Səudiyyə rəsmiləri raket zərbəsinin Yəməndə hökumətə qarşı mübarizə aparan husilər tərəfindən endirildiyini bildirir.