Beynəlxalq Terrorla Mübarizə Koalisiyasının gəmiləri 3 ay ərzində Ərəb dənizində 1 milyard dollarlıq narkotik maddə ələ keçirib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, gəmilərin yoxlanılması zamanı 1 milyard dollar dəyərində 16 ton həşiş və 1,5 ton heroin aşkar edilib və müsadirə olunub.