Rusiya Britaniyaya qarşı cavab sanksiyalarını elan etdi: siyahı genişləndirilib

Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Böyük Britaniyaya qarşı cavab sanksiyalarının genişləndirildiyini elan edib. Bildirilib ki, siyahıya 23 nəfər əlavə edilib.
Qeyd edilib ki, Rusiyaya girişi qadağan edilən Britaniya vətəndaşlarının siyahısına Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, Ukrayna Silahlı Qüvvələrinin Böyük Britaniya ərazisində təlim keçməsinə nəzarət edən E.Radakin, Birgə Kəşfiyyat Komitəsinin sədri M. Alessandri, həmçinin “BAE Systems” müdafiə şirkətinin Direktorlar Şurasının sədri K.Hoqq daxil edilib.
Mətləb