İraqda yanğında nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb

İraqın Naynava əyalətində baş verən yanğın nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb, daha 200 nəfər yaralanıb. Bu barədə “Al Arabiya” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Agentlik bildirib ki, yanğına toy zamanı atəşfəşanlıqdan istifadə səbəb olub.
Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığı da qeyd edilib.
Mətləb