Putini bildik, İran prezidentinin Qarabağda nəyi qalıb?..

Putin və İran prezidenti Rəisinin telefon danışığında Qarabağda vəziyyətlə bağlı məsələnin də müzakirə edildiyi deyilir.
Rusiya birbaşa bu mövzu ilə bağlı ölkədir. Bəs İran prezidenti hansı status və əsasla Qarabağla bağlı məsələni müzakirə etməlidir? Ümumiyyətlə, Putin bu məsələni İran prezidenti ilə niyə müzakirə edib? Putinlə Rəisinin müzakirə etməli olduqları məsələlər kifayət qədərdir.
Müşahidələrə görə, İranın Qarabağ erməniləri ilə bağlı məsələlərin müzakirə platformalarından kənarda saxlanması dövrü artıq gəlib. Qarabağ erməniləri artıq İranla əlaqəli mövzu deyil.
Tahir TAĞIYEV