ABŞ açıqladı: Polşa ordusu üçün 2 milyard dollar ayrıldı

ABŞ və Polşa arasında Polşa silahlı qüvvələrinin modernləşdirilməsi üçün 2 milyard dollarlıq kreditin ayrılması haqqında saziş imzalanıb. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamada deyilir.
“Bu gün Birləşmiş Ştatlar Polşanın müdafiə sisteminin modernləşdirilməsini dəstəkləmək üçün Xarici Müdafiənin Maliyyələşdirilməsi Proqramı çərçivəsində 2 milyard dollar dəyərində Birbaşa Kredit Sazişinin imzalandığını məmnuniyyətlə elan edir. Polşa ABŞ-ın etibarlı müttəfiqidir və onun təhlükəsizliyi NATO-nun kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir", - deyə açıqlamada bildirilir.
Mətləb