Türkiyədə HDP-nin fəalı terror təşkilatı ilə əlaqəyə görə saxlanıldı

Türkiyədə HDP-nin fəalı, 2015-ci il noyabrın 1-də keçirilən seçkilərdə deputatlığa namizəd olmuş Lətifə Canan Kaplan terrorçu qruplaşma Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) üzvü olduğu üçün İstanbulun hava limanında saxlanılıb. “Haber Global” telekanalının yaydığı xəbərdə deyilir ki, İstanbul Hava Limanına eniş edən təyyarə ilə Fransadan Türkiyəyə gələn Lətifə Canan Kaplan, yerli məhkəmənin terror təşkilatına üzvlüyü ilə bağlı axtarış qərarına görə saxlanılıb. Polis bölməsinə aparılan Lətifə Canan Kaplan ilk ifadəsində Fransaya tətilə getdiyini və İstanbulda yaşadığını bildirib.
Mətləb