Makron Nigerdə tam məğlub oldu - Fransız əsgərləri Nigerdən geri çəkilir...

Fransa prezidenti Emmanuel Makron Fransanın Nigerdəki səfirinin bu ölkəni tərk edəcəyini və fransız əsgərlərinin ilin sonuna qədər Nigeri tərk edəcəyini bildirib.
Makron, Nigerdə hərbi müdaxilə ilə vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Bazumla telefonla danışdığını bildirib.
Makron, səfir və bir çox fransız diplomatın Fransaya qayıdacaqlarını və Nigerlə hərbi əməkdaşlığı dayandırdıqlarını söyləyib.
Nigerdəki fransız əsgərlərinin ilin sonuna qədər koordinasiyalı şəkildə Fransaya qayıdacaqlarını qeyd edən Makron terrorla mübarizədə Afrika qitəsinə kömək etməyə davam edəcəklərini bildirib.
Tahir TAĞIYEV