Tayvanda fabrik yanıb, 5 nəfər ölüb

Tayvanda 5 nəfərin ölümü ilə nəticələnə bədbəxt hadisə baş verib. Belə ki, ölkənin cənubundakı fabrikdə yanğın baş verib. Məlumata görə, üç yanğınsöndürən xidməti vəzifələrini yerinə yetirərkən həlak olub. Daha əvvəl xilas edilən fabrik işçiləri - kişi və qadın da həlak olub. Bundan əlavə, biri yanğınsöndürən də daxil olmaqla, azı beş nəfər itkin düşüb.
Əvvəl Tayvan Mərkəzi Xəbər Agentliyi yanğında dörd nəfərin öldüyünü, hamısının yanğınsöndürmə xidmətinin əməkdaşları olduğunu bildirmişdi . Ən azı 102 nəfər tibbi yardıma müraciət edib. Bələdiyyə orqanlarının məlumatına görə, yaralananlar arasında iki əcnəbi də var.
Mətləb