Poltava vilayətinə raket hücumu olub, 31 nəfər yaralanıb

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Dmıtro Lunin teleqramda bildirib.
“Kremençuka raket hücumu nəticəsində üçü uşaq olmaqla 31 nəfər yaralanıb. 16 nəfər xəstəxanaya yerləşdirilib... Bir nəfər ölüb. Atışma nəticəsində ətrafdakı tikililərə də ziyan dəyib”, - D. Lunin qeyd edib.
Mətləb Salahov