Bazar günü günü, 08 noyabr 2026
     

Ukraynada müharibə uzandı - dünya savaşı qapını kəsir...

Image


Ukraynada davam edən müharibənin yaxın perspektivdə başa çatmayacağı artıq dəqiqləşməkdədir. Qərb Ukraynaya hərbi yardımlarının miqyasını genişləndirir və savaşın hələ bir neçə il davam edəcəyini proqnozlaşdırır. Artıq ABŞ prezidenti Co Bayden gələn həftə ilk Amerika “Abrams” tanklarının Ukraynaya təhvil veriləcəyini bildirib.

Bayden qeyd edib ki, ABŞ Ukraynada hava hücumundan müdafiə sistemlərinin tədarükünü genişləndirəcək, o cümlədən yeni “Hawk” sisteminin akkumulyatorlarının ötürülməsinə köməklik göstərəcək. Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edir ki, Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq və bu sistem çərçivəsində ölkələr lazımi silahları istehsal edə biləcək: “Biz çalışacağıq ki, Ukrayna ABŞ-la birlikdə lazımi silahlar istehsal etsin. Biz ABŞ-la yeni müdafiə ekosistemi yaratmağa, silah istehsal etməyə, azadlığı gücləndirmək və həyatı qorumaq üçün birlikdə işləməyə hazırlaşırıq”. Bu fonda ABŞ administrasiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün mərmilərlə birlikdə 325 milyon dollar dəyərində hərbi yardım paketi göndərdiyini açıqlayıb. ABŞ dövlət katibi Antoni qeyd edir ki, paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək əlavə hava hücumundan müdafiə sursatları daxildir. Onun sözlərinə görə, silah və texnika ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından ayrılacaq. Belçika isə F-16-ların Ukraynaya təhvil verilməsi imkanlarını öyrənir. Ölkənin baş naziri Aleksandr De Kro F-16 qırıcıları ilə Ukraynanı təchiz etmək imkanının nəzərdən keçirildiyini bildirib.

Baş nazir onu da vurğulayıb ki, təyyarə mütləq döyüş tapşırıqları üçün istifadə edilə bilməz: "Ola bilər ki, Ukrayna Belçika təyyarələrindən yalnız təlim üçün istifadə edəcək. Onda tələblər fərqli olacaq". Qeyd edək ki, Belçika Hərbi Hava Qüvvələrində 45 ədəd F-16 qırıcısı var. Yaxın 5-6 il ərzində onların hamısının istismar müddəti başa çatacaq. Gələn ildən Belçika Hərbi Hava Qüvvələri hər il 4-5 yeni F-35 qırıcısı almağa başlayacaq ki, bu da tədricən F-16-nı əvəz edəcək. Müvafiq qərar hələ 2018-ci ildə qəbul edilib. Sentyabrın 15-də Belçika hökuməti ölkənin “aviasiya koalisiyası” çərçivəsində Ukrayna pilotlarının F-16 qırıcılarının təlimində iştirakını təsdiqləyib. Almaniya başda olmaqla digər Qərb ölkələri də Ukraynaya yardımı artırır. Bunlar fonunda “Bloomberg” məlumat yayıb ki, Ukraynada hərbi konflikt bundan sonra hələ 5-7 il davam edə bilər. “Böyük yeddilik” ölkələrindən birindəki mənbəyə istinadla bildirilir ki, Kiyevin tərəfdaşları qarşıdakı 5-7 il ərzində ona maliyyə yardımı etməyi planlayıb. Bu isə o deməkdir ki, konflikt yaxın tezlikdə bitməyəcək. “Bloomberg”in mənbəsinə görə, Ukrayna Qərbdən kifayət qədər silah almadığı üçün problemlər və canlı itki ilə üzləşə bilər. Mənbənin dediyinə görə, müttəfiqlər uzunmüddətli konflikt dövründə Ukraynaya zəruri yardımı təmin etmək üçün öz büdcələrində müvafiq dəyişikliklər edirlər.

Amerikanın hərbi rəsmiləri bildirir ki, Rusiya Qərbin Ukraynaya sona qədər tam dəstək verməyə gücü çatmayacağını hesab edir. Ukrayna müttəfiqləri hesab edir ki, Rusiya hərbçiləri bütün ölkə boyu bütün ərazilərdə atəşkəs elan edib, ordunu bütün cəbhələrdə geri çəkməlidir. Bu şərtə əməl olunmadıqca, Ukrayna danışıqlar masasına əyləşməyəcək. “Forbes” jurnalı isə bildirir ki, Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumu zamanı 18 ay ərzində birbaşa hərbi xərclər və itirilmiş texnikasının dəyəri təxminən 167,3 milyard dollar təşkil edir. Bildirilir ki, Rusiya Ukrayna ilə müharibəyə hər gün təxminən 300 milyon dollar xərcləyir. Buna baxmayaraq, Moskva hərbi büdcəsini ikiqat artırır və rus əsgərinin dəyəri getdikcə azalır.Rusiya Baş Qərargahının məlumatlarına əsaslanan “Forbes” hesablamalarına görə, müharibənin 18 ayı ərzində (24 fevral 2022-ci ildən 24 avqust 2023-cü ilə qədər) Rusiya Federasiyasının birbaşa hərbi xərcləri və itirilmiş texnikasının dəyəri təxminən 167,3 milyard dollar təşkil edir. ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens isə məsələnin başqa təhlükəli tərəfinə nəzər salır. O bildirib ki, Rusiya Ukraynada uğur qazanarsa, NATO ölkələrindən birinin ərazisini işğal edəcək və bu, avtomatik olaraq Amerikanın hərbi reaksiyasına səbəb olacaq: “Mən əminəm ki, Ukrayna hərbçiləri Rusiyanın işğalını dəf etməsə, tezliklə Rusiya ordusu NATO qoşunlarının döyüşməli olacağı sərhədi keçəcək. Bu ölkələr Estoniya, Latviya, Litva, və Polşa da ola bilər.  Ona görə Ukraynaya döyüşmək, qalib gəlmək və Rusiya ordusunu geri çəkmək üçün lazım olan resursları verin… Çünki bu, bizim ən yaxşı maraqlarımıza uyğundur”. Ukrayna prezidenti Volodimir Zelenski isə bu fonda qeyd edir: “Ukrayna süqut etsə, on ildən sonra nə baş verəcək? Sadəcə bu barədə düşünün. Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya Müharibəsi?. Biz bütün dünyanın dəyərlərini müdafiə edirik. Ən yüksək qiyməti isə ukraynalılar ödəyir. Biz həqiqətən azadlığımız üçün mübarizə aparırıq, ölürük. Biz elmi fantastika deyilik, biz kitab deyilik. Biz dünyanı məhv etmək təhlükəsi yaradan nüvə dövlətinə qarşı real mübarizə aparırıq”. Zelenski Qərbin Ukraynaya dəstəyinin olduqca mühüm olduğunu söyləyərək bunları əlavə edib: “Mən hesab edirəm ki, onlar təkcə Ukraynanı dəstəkləmirlər. Ukrayna düşərsə, Putin sözsüz ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? O, Polşa sərhədinə nə vaxt çatacaq? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə həlak oluruq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ