Bayden təsdiqlədi: “Abrams” tankları gələn həftə Ukraynaya göndəriləcək

ABŞ Prezidenti Co Bayden gələn həftə ilk Amerika “Abrams” tanklarının Ukraynaya təhvil veriləcəyini bildirib. Qazeta.ru saytının yazdığına görə, ABŞ Prezidenti bunu Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə deyib.
Bayden qeyd edib ki, ABŞ Ukraynada hava hücumundan müdafiə sistemlərinin tədarükünü genişləndirəcək, o cümlədən yeni “Hawk” sisteminin akkumulyatorlarının ötürülməsinə köməklik göstərəcək.
Mətləb