Bu ölkədə bir evdən 5 meyit tapıldı

Meksikanın Verakruz əyalətində bir evdə silahlı hücum nəticəsində həlak olan 5 nəfərin cəsədi tapılıb. Yerli medianın yazdığına görə, həmin meyitlər şəxsiyyətləri müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı təhqiqat başlansa da hücumun ilk olaraq qruplaşmalar arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi ehtimal edilir.
Mətləb