Türkmənistan Prezidenti təklif etdi: “Xəzər Ekoloji Təşəbbüsü” yaradılsın

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərək, “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib. Türkmənistan Prezidenti qeyd edib ki, BMT BA-nın nümayəndələrinə müraciətində xatırladıb ki, ötən ilin yayında Türkmənistanda keçirilən VI Xəzər Sammitində bütün iştirakçılar ekoloji məsələlərdə sıx əməkdaşlığa hazır olduqlarını qəti şəkildə təsdiqləyiblər.
“Hesab edirəm ki, bu, sahilyanı dövlətlərlə BMT arasında geniş və sistemli qarşılıqlı fəaliyyətə başlamaq üçün yaxşı imkanlar açır”, - o qeyd edib və BMT ilə sıx əməkdaşlıq şəraitində Xəzər Ekoloji Təşəbbüsünün yaradılmasını təklif edib.
Mətləb