
“Bob Menendez Türkiyəni tanımır. Deyəsən, Bob Menendez Tayyib Ərdoğanı da tanımır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-ın PBS kanalına açıqlamasında deyib.
Ərdoğan ABŞ Konqresində ermənipərəst senator Bob Menendez kimi simaların Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələləri bəhanə edərək F-16-ların Türkiyəyə satışına mənfi yanaşmasına münasibət bildirərkən deyib ki, Yunanıstanla Türkiyənin qədim bir dostluğu var: "Görünür Menendez Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.
Tahir TAĞIYEV