23/09/2023 05:45
728 x 90

Türkiyədə toyuq dönərindən 18 nəfər zəhərləndi

img

Türkiyədə toyuq dönərindən kütləvi zəhərlənmə hadisələri durmadan artır. Son bir neçə ayda Türkiyənin böyük şəhərlərində bir neçə insanın ölümü ilə baş verən dönər zəhərlənmələri təzəlikcə Bartın vilayətində baş verib. Belə ki, hadisə orta məktəb binasının yanındakı restorandan birində baş verib.

Naharda toyuq dönəri yeyən 10-u tələbə olmaqla, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb. Zəhərlənənlər arasında olan hamilə qadının xəstəxanada müalicəsi davam edir.

Mətləb

Peşə etikası

Son xəbərlər