23/09/2023 04:56
728 x 90

Ərdoğan İsveçi "bombaladı": Stokholm küçələrində hələ də terrorçular gəzir"

img

BMT Baş Assambleyasının 78-ci sessiyasına qatılmaq üçün Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ telekanalına açıqlamasında İsveçin NATO üzvlüyü barədə danışıb.

Ərdoğan İsveçin NATO-ya üzvlük təklifinin Türkiyə Böyük Millət Məclisində (TBMM) qiymətləndiriləcəyini və qərarın məhz burada veriləcəyini bildirərək əlavə edib ki, bu, TBMM-in gündəminin bir hissəsidir: “Parlament vəziyyəti öz təqvimi çərçivəsində qiymətləndirəcək. Bu təklif deputatların səsverməsinə təqdim olunacaq. Bunun baş verməsi üçün İsveç verdiyi vədlərə əməl etməlidir. Terror təşkilatları Stokholm küçələrində nümayişlərini və fəaliyyətlərini dərhal dayandırmalıdırlar. İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir. Stokholm küçələrində hələ də terrorçuların gəzdiyini görürük. Bunun reallaşdığını görmək türk xalqı üçün çox əhəmiyyətli olacaq. Görünür, İsveç qanunvericiliyə dəyişikliklər edib, lakin bu, kifayət deyil”.

Mətləb

Peşə etikası

Son xəbərlər