
ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. “Vətəndaşlarımızın evlərinə qayıtmasını (əsir mübadiləsi çərçivəsində - Qeyd) alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram.
ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib. ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər.
Mətləb