
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Tesla kompaniyasının sahibi İlon Maskla görüşüb.
Türkiyə lideri Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib. Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.
Mətləb