Rusiya özbək diasporu Medvedyevi bərk vurdu - miqrantları bu günə qoymusunuz...

Moskva şəhər Özbək Milli Mədəni Müxtariyyat təşkikatı " Vahid Rusiya " partiyasının sədri , Rusiya TŞ sədrinin müavini, keçmiş prezident Dmitri Medvedyəvə müraciət edib.Acınacaqlı vəziyyətdə yaşayan özbəklər Medvedyevdən bilirsiniz nə xahiş edir? Dəhşətə gələssiz.Xahiş edurlər ki, əmək miqrantlarını işlədən biznesmenlərə təsir göstərin ki, bizlərə ağlr fiziki iş gördüyümüz sahələrdə günorta yeməyi versinlər .Özbək " qara fəhlələr " deyir ki, biz iş sahəsindən kənarda günorta yeməyi yeyəndə , bizə " insan kimi baxmırlar" .. Təsəvvür edirsiz? Son vaxtlar çox fəallaşaraq dünyaya " nüvə dərsi " vermək istəyən Medvedyevin ölkəsində fiziki zəhmət adamlarına adam kimi baxmırlar...Bu ölkənin keçmiş prezidenti Medvedyev dünyaya " Amerika dəyərlərindən " fərqli dəyərlər təqdim etmək iddiasındaikən özbəklər necə zərbə vururlar?Özbəklər bütün dünyaya mesaj verdilır ki, Rusiyada " fiziki iş adamlarına adam kimi baxılmır".. Məsələyə Rusiya iş adamları təşkilatı da münasibət bildirib.Deyiblər ki, miqrantlarla əmək müqaviləsi imzalamış sahibkarların miqrantları öz işlədikləri ərazidə yeməklə təmin etmək phdəliyi yoxdur... Özünüz nəticə çıxarın...
Namiq Quliyev