Türkiyə Silahlı Qüvvələri son 1 həftədə sərhədi pozmağa cəhd edən ümumilikdə 36 terrorçunu saxlayıb. Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, saxlanılanlardan 24-ü FETÖ terror təşkilatının üzvüdür: “Beləliklə, il ərzində sərhədi pozmaq istəyən 487 terrorçu, o cümlədən 340 FETÖ üzvü saxlanılıb”.
Mətləb