Moldovanın ilk prezidenti Mirça Snequr vəfat edib. Bu barədə vaxtı ilə onunla birgə işləmiş Baş nazirin keçmiş müavini Konstantin Tampiza öz feysbuk səhifəsində məlumat verib. “13 sentyabr, saat 23:30-da Moldova Respublikasının Prezidenti Mirça Snequr sağalmaz xəstəlikdən vəfat etdi”, - sosial hesabında yazıb.
Qeyd edək ki, Mirça Snequr 1990-cı il sentyabrın 3-dən 1996-ci il dekabrın 1-dək Moldovanın prezidenti olub.
Mətləb