Dünyada yeni pandemiya xəbərdarlığı başlayıb. BMT səviyyəsində yeni pandemiya təhlükəsi ilə bağlı dünya birliyinin həmrəy olmasının vacibliyi açıqlanıb. BMT Baş Assambleyasının hazırkı, 78-ci sessiyasının prezidenti Trinidad bəyan edib ki, Dünya ölkələri koronavirus vəziyyətindən dərs almalı və gələcək pandemiyalara hazırlaşmaq üçün ən yüksək səviyyələrdə daha yaxından işləməlidirlər.
“Düşünürəm ki, bu pandemiyanın bizə verdiyi dərslərə diqqət yetirməliyik. Bundan əvvəl, pandemiya təxminən 100 il əvvəl baş verdi. Bununla belə, elm adamlarının xəbərdarlıq etdiyi kimi, pandemiyaların daha çox yayılacağı və daha intensiv ola biləcəyi ehtimalı var. Biz beynəlxalq birlik olaraq pandemiyaya hazırlıq və idarəetmə məsələsinə diqqət yetirməliyik. COVID-19 pandemiyası ilə aydın oldu ki, bizim daha yüksək səviyyəli beynəlxalq əməkdaşlığa ehtiyacımız var”, - deyə Dennis Frensis vurğulayıb.
Mətləb