“Nüvə tərk-silahına dair yeni danışıqlara Çin də daxil edilməlidir”. “Röyters”in xəbərində deyilir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts deyib.
O, dünya ölkələrini nüvə tərk-silahına dair yeni danışıqlara çağırıb: “Danışıqlarda təkcə Rusiya və ABŞ deyil, Çin də iştirak etməlidir. Həmçinin, İranın nüvə silahı istehsalına töhfə verə biləcək uran istehsalının qarşısını almaq vacib vəzifə olaraq qalır".
Kansler qeyd edib ki, nüvə silahı bəşəriyyət üçün ekzistensial təhlükə yaradır: “Buna görə də onlardan heç vaxt istifadə edilməməsinə dair mümkün olar hər şeyi etmək, təcili öhdəlikləri götürmək lazımdır”.
Mətləb