Litvanın daxili işlər naziri Aqne Bilotayte LRT radiosuna müsahibəsində bəyan edib ki, Litvanın gömrük orqanları ölkəyə daxil olan Rusiya qeydiyyatlı avtomobilləri müsadirə edəcək. Qərar Belarusda qeydiyyatdan keçən avtomobillərə şamil olunmayacaq. Onun sözlərinə görə, sürücünün vətəndaşlığından asılı olmayaraq, sərhədi keçən Rusiya qeydiyyatlı bütün avtomobillər tranzitlə Kalininqrada getdiyi barədə sənəd olmayacağı təqdirdə müsadirə ediləcək.
Mətləb