Ukrayna ilə müharibəyə görə elan olunan səfərbərlik üzündən Rusiyanı tərk edib Türkiyəyə sığınan miqrant ruslar kibercinayətlər törədirlər. Sən demə miqrant rusiyalıların bəziləri pulları yumaq və bütün dünyada kompüterlərdən toplanmış məlumatları Avropa məlumat bazarına satmaq üçün yerli cinayətkarlarla birləşir, xırda onlayn fırıldaqlara əl atırlar.
Yerli polisin nəzərini cəlb etməmək üçün cinayətkarların diqqətli hərəkət etdiyi və onların qurbanlarının çox vaxt qeyri-Türkiyə vətəndaşları olduğu bildirilir.
Mətləb Salahov