Ermənistanın Baş naziri Nikol Paşinyan “yalvarış diplomatiyasına” start verib. Erməni mediasının yazdığına görə, N.Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan və Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyası ilə bağlı məsələlər müzakirə olunub. Prezident Makron sərhədlər boyunca gərginliyin azaldılmasının vacibliyini bildirib.
Baş nazir Paşinyan Azərbaycan Prezidenti ilə gərginliyin azaldılmasına yönəlmiş təcili müzakirələr aparmağa hazır olduğunu bildirib. Açıq şəkildə görünən odur ki, 44 günlük müharibənin “dəmir yumruğunu” gözəl hiss edən Nikol Varvaroviç növbəti acı məğlubiyyəti yaşamamaq üçün indidən çırpınır. Əslində N.Paşinyan bununla imitasiya məqsədi güdür. Çünki Azərbaycan- Ermənistan sərhədindəki gərginliyi yaradan, Azərbaycandan göndərilən humanitar yarıdımın Xankəndiyə çatdırılmasına mane olan, hərbi təxribatlar törədən elə N.Paşinyanın özüdür. Bu "yalvarış diplomatiyası" ilə isə, guya özünü təmizə çıxarmağa, yazıq görkəmi alıb əslində Azərbaycanı dünya ictimaiyyətinin hədəfinə çevirməyi planlaşıdır. Ənənəvi erməni tülkülüyü budur...
Mətləb Salahov