Qvatemala məhkəməsi ölkənin keçmiş prezidenti Otto Peres Molinanı daha bir korrupsiya işi üzrə 8 il müddətinə azadlıqdan məhrum edib. Bu ölkənin Baş Prokurorluğunun yadığı məlumatda deyilir ki, sabiq prezidentin cəzası, təqsirinin etirafı ilə əlaqədar yüngülləşdirilib.
“Peres Molina Cəzasızlıqla mübarizə üzrə xüsusi prokurorluğun ona qarşı irəli sürdüyü cinayətlərə görə məsuliyyət daşıdığını etiraf edib, bununla əlaqədar məhkəmə onu dələduzluqda ittiham edərək 2 il azadlıqdan məhrumetmə, rüşvət almaya görə 2,5 il və 250 min ketsal (31 min dollar) məbləğində cərimə, çirkli pulların yuyulmasına görə 3,5 il və 10,5 milyon kvetzal (1,3 milyon dollar) məbləğində cərimələməyə qərar verib”, - açıqlamada qeyd olunub.
Mətləb