"Rusiya və Türkiyə bir milyon ton taxıl ixracı barədə razılıq əldə ediblər." Bu barədə Rusiya XİN başçısının müavini Aleksandr Qruşko jurnalistlərə məlumat verib.
O bildirib ki, bununla bağlı bütün prinsipial razılıqlar əldə edilib və sövdələşmənin texniki tərəflərinin hazırlanması üçün tezliklə işgüzar əlaqələr yaradılacaq. Tərəflər logistik, maliyyə və digər məsələləri müzakirə edəcəklər.
Mətləb