Rusiyalı aktyor Aleksey Panini sərxoş halda dava-dalaş saldığı üçün Estoniyada saxlanılıb. Rusiya mediasının məlumatında deyilir ki, aktyor oteldə öz nömrəsinə gəldiyini düşünərək Tallində yad adamların olduğu otağa girib və onlarla dava edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sənətçini saxlayaraq ayıqlıq məntəqəsinə aparıblar. Aktyorun Rusiyaya deportasiya olunacağı deyilir.
Qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyi Aleksey Panini axtarışa verib. Barəsində terrora haqq qazandırmaq maddəsi ilə cinayət işi başlanan aktyor 5 ilə qədər həbs oluna bilər.
Mətləb