“Zerkalo Nedeli” nəşri diplomatik mənbələrə istinadən ABŞ Dövlət katibi Entoni Blinkenin Kiyevə gedəcəyini bildirmişdi. Lakin Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bu axşam keçirdiyi brifinqdə Dövlət katibi Entoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.
O, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.
Mətləb