Avstriya kansleri Karl Nehammer ORF telekanalına müsahibəsində maraqlı fikirlər və etiraflar səsləndirib. Kansler bəyan edib ki, Rusiyadan qaz almaq mənəvi cəhətdən xoşagəlməzdir, lakin hələlik bundan qaçmaq mümkün deyil.
O qeyd edib ki, bir nömrəli prioritet enerji təchizatının təhlükəsizliyidir. Sistem və istehsal pozularsa, insanların enerji təchizatı dayandırılacaq. Nehammer vurğulayıb ki, Avstriya artıq 2022-ci ildə Rusiyadan qaz asılılığını azaltmağa başlayıb.
Mətləb