Türkiyə parlamentinin sədri Numan Kurtulmuş “A Haber” telekanalının efirində İsveçin NATO üzvlüyü barədə danışıb. N.Kurtulmuş bəyan edib ki, İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətinin müzakirə və təsdiq üçün Türkiyə parlamentinə verilməsi rəsmi Stokholmun Ankaranı narahat edən məsələlərin həlli üçün atdığı konkret addımlardan asılıdır.
“İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Lakin hazırda bunun kifayət olub-olmamasına Xarici İşlər Nazirliyimiz və hökumətimiz qərar verəcək”, - o bildirib.
Türkiyə parlamentinin sədri qeyd edib ki, iki ölkə parlamentarilərinin danışıqların aparıldığı binanın 150 metrliyində terror təşkilatı üzvlərinin aksiya keçirməsi Ankara üçün qəbuledilməzdir. “Biz bilirik ki, İsveçdə vətəndaşlarımızdan pul qoparan terror təşkilatları ilə əlaqəli qruplar var. Bu, bizim üçün çox həssas məsələdir. Biz xaricdəki bu cür silahlı qrupların hakimiyyət tərəfdən heç bir halda müdafiə olunmamasını tələb edirik”, - o söyləyib.
Mətləb