Ukrayna prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovu müdafiə naziri təyin edib.
Zelenski bununla bağlı sosial media hesabındakı paylaşımında yazıb: "Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Oleksey Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibəni yaşadı. Hesab edirəm ki, nazirliyin həm orduya, həm də cəmiyyətə yönəlik yeni yanaşmalara və yeni əlaqə formalarına ehtiyacı var. İndi nazirliyin rəhbəri Rüstəm Umerov olmalıdır”.
Zelenski parlamentin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Oleksey Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziri idi.
TAHİR