Bu gün səhər İranın şimalındakı Semnan vilayətində mədəndə baş verən partlayış sonucunda 6 nəfər ölüb. İRNA agentliyinin ən son xəbərində deyilir ki, “Bazar ertəsi səhər saatlarında baş verən partlayış nəticəsində Tazre Damqan kömür mədənində dağıntılar altında qalan 6 fəhlənin meyiti tuneldən çıxarılıb.”
Qeyd olunub ki, qəza 700 metrlik dərinliyə sahib mədənin 400 metrliyində olub.
Mətləb Salahov