Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında ciddi mesajlar verib. Türkiyə XİN rəhbəri bildirib ki, Türkmanların yığcam yaşadığı Kərkükün sülh və sabitliyi bütün İraqa təsir edir.
“Anadolu” agentliyinin məlumatına görə, H.Fidan Kərkükün etnik və məzhəb tərkibinə görə özgün İraq modeli olduğunu vurğulayıb: “Kərkükdəki sülh və sabitliyin bütün İraqda sülh və sabitliyə birbaşa təsiri var. Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük”.
Mətləb