“Ölkə qanunvericiliyinə dəyişliklik etməyə hazıram. Əgər 2024-cü ildə seçkilər keçirilərsə, yenə prezidentliyə namizəd olacağam”. Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Onun sözlərinə görə, müharibə davam etdiyi bir vaxtda Ukraynada seçkilər keçirilərsə, yenə prezidentliyə namizədliyini irəli sürəcək: “Mən heç nədən qorxmuram”.
V.Zelenski bildirib ki, seçkilərdə bütün Ukrayna vətəndaşları, o cümlədən hərbçilər iştirak etməlidir: “Mən istəyirəm ki, hər şey şəffaf və qanuni olsun”. Dövlət başçısı həmçinin ölkəni tərk etməyəcəyini vurğulayıb. Qeyd edək ki, gələn il Ukraynada prezident seçkiləri keçirilməlidir.
Mətləb