İranda dəhşətli hadisə baş verib. Xuzistan əyalətinin Əhvaz şəhərində ana 4 yaşlı oğlunu öldürüb. Yerli mətbuatın yazdığına görə, polis tərəfindən saxlanılan qadın avqustun 28-də törətdiyi cinayəti etiraf edib.
O bildirib ki, birinci həyat yoldaşından ayrılıb. Yeni tanış olduğu imkanlı şəxs oğlundan imtina edəcəyi təqdirdə onunla evlənəcəyinə söz verib. “Oğlumu kimə əmanət edəcəyimi bilmədim. Bu evlilik şansını itirmək istəmədiyim üçün uşağı öldürmək qərarına gəldim”, - həbs edilən gənc ana deyib.
Mətləb