Cümə günü, 06 noyabr 2026
     

Elmə və insanlığa həsr olunmuş ömür...

Image


Hər şeydən əvvəl sözümə belə başlamaq istərdim: Professor Eldar Məmmədbəyli elmə və təhsilə ömrünü həsr etmiş, kimya elminin inkişafına böyük töhfələr vermiş, yüzlərlə tələbənin həyat yoluna işıq tutmuş bir alimdir.

Onun ömür yolu gələcək nəsillərə nümunə olacaq bir məktəbdir. Onun fəaliyyəti yalnız laboratoriyalarda aparılan təcrübələrin, ya da elmi jurnallarda dərc olunan məqalələrin hüdudu ilə məhdudlaşmır. O zəhməti, vicdanlı araşdırma mədəniyyəti ilə bütöv bir nəslin yaddaşına çevrilib. Bu gün biz onun ömür yoluna, keçdiyi elmi və pedaqoji mərhələlərə nəzər salaraq, həm elmimizin inkişafında oynadığı rolunun, həm də alim şəxsiyyətinin böyüklüyünün şahidi oluruq. O bir kimya mütəxəssisi və alimdir. Onun kimyanı seçməsi təsadüf deyil, bu sahə onun dünyanı anlamasının, maddənin sirlərinə baş vurmasının ən doğru yoludur. Kimyanın nəzəri əsaslarını dərindən mənimsəməsi, müasir elmi fikri izləməsi, laborator proseslərə yüksək diqqəti onun gələcək fəaliyyətində mühüm rol oynamışdır. Onun təcrübələri və elmi işi həm elmi yeniliyi, həm də praktiki əhəmiyyəti ilə seçilərək həmişə geniş akademik dairələrdə müsbət qarşılanmışdır. Elm adamı olmaq üçün bilik, təcrübə və zəhmət lazımdır. Böyük alim olmaq üçünsə bunlara əlavə olaraq insanlıq, sadəlik, təvazökarlıq və kamil xarakter də tələb olunur. Eldar Məmmədbəyli həm tələbələrinin, həm həmkarlarının, həm də bütün onu tanıyanların yaddaşında məhz belə qalmışdır. Onun elmə yanaşması həmişə vicdan ciddiyyəti ilə müşayiət olunmuş, insanlara münasibəti isə səmimiyyətlə yoğrulmuşdur. Alimlər arasında nəzakəti, gənclərə qayğısı və işində dəqiqliyi onun ən seçilən xüsusiyyətlərindəndir Bu yubiley təkcə bir ömrün illəri deyil, həm də bir ömrün məhsuldar çiçəklənməsinin bayramıdır. Professor Eldar Məmmədbəylinin elmi irsi, yetişdirdiyi alimlər, yazdığı əsərlər və yaratdığı məktəb onun bundan sonra da Azərbaycan elminə xidmət edəcəyinin ən böyük sübutudur. Ona bu əlamətdar günündə möhkəm can sağlığı, yeni elmi uğurlar, gənclərə ilham verəcək uzun bir ömür və yeni nailiyyətlərlə dolu illər arzulamaq hamımızın borcudur.

P.S. Mən, Ayaz bəyin haqqımda tərtib olunacağı nəzərdə tutulan bibloqrafik kitaba göndərdiyi yazı ilə tanış olmaq istəyərkən, yazı masasının üstündə onun yazdığı “Səssiz qalmayan zəfər“ poemasını gördüm və növbəti dəfə bu poemanın təsiri altına düşdüm. Bu kitab haqqında düşünərkən Füzulinin “Leyli və Məcnun” poemasını xatırladım. Kitaba nəzər salanda təhtəlşüur altında aşağıdakıları təkrar oxudum:

“Ey iti qələm, barəkallah! Mən yolçuya yoldaş oldun. Min səy ilə ehtiyacını bitirdin, axır ki, məni mənzil başına yetirdin. ... bu köhnə binanı abad elədin; eşiyi göz yaşı ilə gümüşə büründü, içi ah ilə ənbərə batdı, xəznələri dərd incilərinin dəfinəsidir, bacaları dərin ahların yoludur. Xülasə bir bağ düzəldi ki, hər laləsinin bağrında yüz dağ var, arxlarının suyu ciyər qanıdır, bahar buludu kiprik ucudur “Leyli-Məcnun” adı ilə bu əsər yazılanda vəhdət rəmzləri izhara gəldi, vəhdətdə hekayət tamam oldu...

Ey paxıl, insaf elə insaf! Tən etmə ki, cövhərin saf deyil. ... Demə ki, saf cövhəri azdır...eyb tutmağı hünər sayma! Bihudə hücum etməyin yetər, əgər bacarırsansa cavab söylə! Hücumu və tərsliyi tərk elə, çünki bu yol cahillik yoludur! Həmişə xeyir söz danış, əgər xeyir demirsənsə, sus, lal ol”!

Öncə onu deyim ki, mən sizin yazdığınız poema haqqında düşünərkən fikirlərimin böyük Füzulinin yuxarıda dedikləri ilə üst-üstədüşdüyünü hiss etdim. Ona heçnə əlavə etmək olmaz!

Sonra davam edərək deyirəm ki, siz bu poemanı yazmaqla sübut etdiniz ki, yaxşı şeri, poemanı, romanı və digər sənət əsərlərini həmişə elə indinin özündə də yazmaq mümkündür. Bununla bir çox mənasız fikirləri alt-üst etdiniz. “Nizamidən, Füzulidən sonra şeir yazmağın mənası yoxdur” fikrinin düz olmadığını göstərməyi bacardınız. Yaradıcılıq potensialları tükənmiş və öz fəaliyyətlərini davam etdirə bilməyən bəzi elm adamları da öz bacarıqsızlıqlarının bu sahədə görülən işlərin zəif, yalan, saxta olması ilə izah etmələrinin düz olmadığını da göstərdiniz.

Siz öz poemanızda böyük ustalıqla Azərbaycan igidlərinin canlarını, qanlarını vətən torpaqlarını azad etmək üçün qurban verdiklərini millətə ərmağan edə bildiniz. Onlar bütün dünyaya sübut etdilər ki, erməni əfsanələri, erməni soyqırımları, erməni qəhrəmanlıqları hamısı boş əfsanə, saxta düzəldilmiş, quraşdırılmış bir yalan, saxta titullardan başqa bir şey deyildir.

Sadəcə olaraq mən hesab edirəm ki, sivil və inkişaf edən ölkələrlə indi yaşadığımız XI əsrdə və ondan əvvəlki eralarda cəmiyyətin müxtəlif zümrələri arasında təbiətşünas alimlər, ziyalılar (yunan filosoflarından başlamış indiki təbiətşünaş alimlərə qədər, özəlliklə fizikaçılar) daha yüksək təfəkkür səviyyəsinə malikdir. Siz yazdığınız bu poemada və digər yazılarınızda bədii ədəbiyyatımızda son vaxtlar yaranan durğunluq dövründə bir qığılcım, bir işıq yaratdınız. Mən həmişə sizin yaradıcılığınızı oxuyanda, eşidəndə kəndir üzərində məharətlə oynayan kəndirbaz hərəkətlərinə baxarkən, Qədir Rüstəmovun son zil pərdədə oxuduğu mahnıları, sazın 24-cü pərdəsində, tarın sarı simində səsləndirilən musiqini dinləyərkən nədənsə çox həyəcanlanıram, qorxuram ki, bu səs, bu hərəkət göylərə çəkilər, kəsilə bilər.

Mənim haqqımda yazdığınız konkret yazıya görə düşünən beyindən təşəkkür edirəm. Bu yazının haqqında ancaq onu deyə bilərəm ki, əslində Ayaz Arabaçı Avropa standartlarına cavab verə bilən bir alim cizgisini yaradıb. Yazının hər cümləsində millətini, vətənini, dövlətini sevən və çağdaş tələblərə uyğun bir alim nümunəsi.

Bu yanaşma Respublikamızın bütün alimləri üçün deyilmiş sözlərdir və yol xəritəsidir. Özəlliklə öz kələf ömrünü çözən qoca ipçi babanın – mənim yol xəritəm. Sağlıqla qalın.

Ayaz ARABAÇI
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ